\
24 Noyabr 2024 - Bazar günü

Qohumunu benzinlə yandırdı - Gəncədə

Qohumunu benzinlə yandırdı - Gəncədə
1682baxış

Gəncə şəhər sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb.

Mediapress.az "Report"un Qərb bürosunun məlumatına əsasən xəbər verir ki, 64 yaşlı şəhər sakini Fikrət Əmiraslanov özünə məxsus ət dükanında olan zaman qohumu Rabid Abdinov sərxoş vəziyyətdə dükana gəlib və onunla mübahisə edib. 

Mübahisə zəmnində R.Abidinov özüylə plastik qabda gətiridiyi benzini qəfildən F.Əmiraslanovun üzərinə səpərək alışdırıb.  

Müxtəlif yanıq xəsarətləri alan F.Əmiraslanov xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, F.Əmiraslanov hadisəni törədən şəxsin bacısı qızının qaynatasıdır və hadisəyə ailələr arasında olan münaqişə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.