\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

İyunun 13-də 124 cinayət faktı qeydə alındı - Rəsmi xronika

İyunun 13-də 124 cinayət faktı qeydə alındı - Rəsmi xronika
1004baxış

Dünən baş vermiş kriminal hadisələrin siyahısı tərtib olunmuşdur. Medipress.az DİN-ə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınmış, onların da 26-sı “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 9 nəfər, borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılmışdır.