\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Ədəbiyyat müəllimi "Son zəng" tədbirində öldü - Tovuzda

Ədəbiyyat müəllimi "Son zəng" tədbirində öldü - Tovuzda
1721baxış

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib. Mediapress.az  APA-nın qərb bürosunun məlumatına əsasən xəbər verir ki, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə N.Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.