\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

“Son zəng” günü 120 cinayət faktı qeydə alındı - Rəsmi xronika

“Son zəng” günü 120 cinayət faktı qeydə alındı - Rəsmi xronika
1992baxış

14 iyunda baş vermiş kriminal hadisələrin statistikası bəlli olub. Mediapress.az DİN-ə istinadən xbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 120 cinayət faktı qeydə alınmış, onların da 29-u “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 6 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılmışdır.