15 yaşlı uşaq avtobus sürdü, atası cəzalandırıldı - Video
1780
Bakıda avtobus sürən və bunu videoya çəkərək paylaşan yeniyetmənin valideyni məsuliyyətə cəlb edilib.
Mediapress.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, “İsuzu” markalı avtobusun yeniyetmə tərəfindən idarə olunmasını əks etdirən görüntü araşdırılıb.
Hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı uşaq tərəfindən törədilməsi müəyyən edilib. Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb: