\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

25 yaşlı qadın ailə münaqişəsi zəminində intihara cəhd etdi - Mingəçevirdə

25 yaşlı qadın ailə münaqişəsi zəminində intihara cəhd etdi - Mingəçevirdə
1704baxış

Mingəçevir şəhərinin 25 yaşlı sakini intihara cəhd edib. Mediapress.az "Report"un Şirvan bürosunun məlumatına əsasən xəbər verir ki, bağlar yaşayış massivində yaşayan 1993-cü il təvəllüdlü şəhər sakini Şirinova Mətanət Qara qızı ailə münaqişəsi zəminində damarını kəsib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, M.Şirinova iki uşaq anasıdır.

Faktla bağlı araşdırma aparılır.