\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Azərbaycanda 19 iyunda 95 cinayət faktı qeydə alınıb - Rəsmi xronika

Azərbaycanda 19 iyunda 95 cinayət faktı qeydə alınıb - Rəsmi xronika
1648baxış

Dünən baş vermiş kriminal hadisələrin rəsmi xronikası bəlli olmuşdur. Mediapress.az Daxili İşlər nazirliyinin məlumatına əsasən xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılmışdır.