Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı

1619baxış
Bərdə şəhərində yerləşən və "Köhnə bazar” adı ilə tanınan ticarət mərkəzindəki kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb.
AZXEBER.COM xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı kafedə bir neçə qadının pul müqabilində müxtəlif şəxslərlə intim münasibətdə olması müəyyən edilib.
Cinayət işi baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə kafe sahibinə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzası verilib.