\
2 May 2024 - Cümə axşamı

Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb

Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb
1386baxış

Aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8 900 manat pul və 85 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.