Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
1123
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda neft məhsullarının tullantıları olan gölməçədə kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Vurğulanıb ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.