\
22 Noyabr 2024 - Cümə

Bakıda bərbərxanada faciə - ölən var

Bakıda bərbərxanada faciə - ölən var
1556baxış
Bakıda 84 yaşlı kişi bərbərxanada saçını kəsdirərkən dünyasını dəyişib. 
 
Mediapress.az Qaynarinfo-ya istinadən xəbər verir ki,  1940-cı ildə Bakı şəhərində doğulmuş mərhum Arif Məmmədov Dağüstü qəbirstanlığında dəfn olunub. 
 
Mərhumun ölümü evdə baş vermədiyindən müvafiq qurumlar tərəfindən ölümünün qeydə alınmasından imtina edilib və iş məhkəməyə göndərilib. 
 
Məhkəmədə şahid qismində bərbərin izahatı alınıb. O, bildirib ki, bərbərdir, mərhum Arif Məmmədovla qonşu olub. Səhər saat 11.00 radələrində saçını kəsdiyi zaman Arif Məmmədov qəflətən vəfat edib. 
 
Məhkəmənin qərarı ilə, Arif Məmmədovun Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilib.