\
12 Dekabr 2024 - Cümə axşamı

Göyçayda çay evinin sahibi niyə öldürülüb?

Göyçayda çay evinin sahibi niyə öldürülüb?
1466baxış

Dünən axşam saatlarında Göyçay şəhərində törədilmiş qətlin bəzi təfərrüatları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 21 radələrində Göyçay şəhərində qətlə yetirilən 1979-cu il təvəllüdlü Rza Ağarza oğlu Əhmədov çay evi işlədirmiş.

Hadisəni törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov isə həmin çay evinin müştərisi olub. Dünən gündüz saatlarında iaşə obyektində olarkən tərəflər arasında mübahisə yaranıb və M.Mehdiyev oranı tərk edib. Daha sonra 25 yaşlı oğlan həmin əraziyə gələrək Rza Əhmədovun obyekti bağlayaraq çıxmasını gözləyib.

O, R.Əhmədovun işdən çıxdığını görərkən bıçaqla hücum edib və ağır xəsarətlər yetirib. R.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

M.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. O, ilkin ifadəsində R.Əhmədovu işlətdiyi nalayiq sözə görə qətlə yetirdiyini deyib.

Araşdırmalar davam etdirilir.