\
22 Noyabr 2024 - Cümə

“Onu tərksilah edən mülki şəxs rütbəli polisdir” - DİN

“Onu tərksilah edən mülki şəxs rütbəli polisdir” - DİN
1108baxış

Ötən gün paytaxtın Nərimanov rayonunda törədilmiş qətldən sonra cinayətdə şübhəli bilinən 21 yaşlı İsmayıl Allahverdiyevin tutulma görüntüləri yayılıb.

Kadrlarda 2 mülki geyimli şəxsin İ.Allahverdiyevi saxlaması, yanlarındakı xanımın isə polis çağırılması ilə bağlı xahiş etdiyi görünür.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, şübhəli şəxsi tərksilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Qeyd edək ki, hadisə vaxtı “Metropark” ticarət mərkəzinin qarşısında 24 yaşlı Tural Kosayev güllələnərək qətlə yetirilib.