\
18 Oktyabr 2024 - Cümə

Bakıda küçədə atəş açıldı - Ölən var! - Video

Bakıda küçədə atəş açıldı - Ölən var! - Video
1725baxış

Nərimanov rayonunda bir nəfər küçədə güllələnib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya məlumat verilib.

Bildirilib ki, bir nəfər kişi odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Hadisə "Metro Park"ın yaxınlığında baş verib. İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb tərəflər arasındakı mübahisə olub. Mübahisədən sonra gənclərdən biri digərini güllələyib.

***

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Sail Ağasəlim

***

Hadisə ilə bağlı Nərimanov rayon prokurorluğu da məlumat yayıb.

Bildirilib ki, iyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam  davam edir.