\
22 Noyabr 2024 - Cümə

Rusiyada 43 yaşlı azərbaycanlı güllənərək qətlə yetirilib

Rusiyada 43 yaşlı azərbaycanlı güllənərək qətlə yetirilib
1073baxış

Rusiyada silahlı insident zamanı 43 yaşlı azərbaycanlı qətlə yetirilib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Leninqradın Novosaratovka vilayətində qeydə alınıb.

Azərbaycan vətəndaşı naməlum şəxslə mübahisə edib. Bu zaman tapançadan açılan atəş zamanı azərbaycanlı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq zərərçəkən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.