Şəmkirdə törədilən qətlə bağlı cinayət işi başlanıb
1903
Şəmkirdə rayonu Ərtəpə kəndi ərazisində, “Dəyirman yeri” adlanan ərazidə Cəyir çayından üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin Ərtəpə kənd sakini 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlu olması müəyyən edilib.
Faktla bağlı bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (apa)
mediapress.az