\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Gecə saatlarında bıçaqlanma olub - NARDARANDA

Gecə saatlarında bıçaqlanma olub - NARDARANDA
1438baxış
Nardaran qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.
 
Gecə saatlarında "Dəniz yolu" adlanan ərazidə 1993-cü il təvəllüdlü Əliyev Hacıağa Nizami oğlu və tanışı 3 naməlum şəxlə əlbəyaxa dava edib. Nəticədə H.Əliyevin qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub.
 
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
 
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlanılıb. (report)