Xaçmazda qadın öldürüldü, molla əri təslim oldu

566baxış
Xaçmazda 45 yaşlı Yaqut Məmmədova qətlə yetirilib.
Mediapress.az Oxu.az-a istinadən xəbər verir ki, onu öldürməkdə rayonun Xaspoladoba kənd sakini, rayonda molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov şübhəli bilinir.
Məlumata görə, o, həyat yoldaşını boğaraq qətlə yetirib. Daha sonra A.Məmmədov polis idarəsinə gələrək təslim olub.
İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.