Əlil arabasında olan qızı maşın vurdu - Əmisi saxlanıldı

Astarada əlil arabasında olan yeniyetmə qız avtomobilin altında qalaraq həlak olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.
Belə ki, sürücü Vasif Kazımov nəqliyyat vasitəsini geriyə hərəkət etdirən zaman ehtiyatsızlıqdan əlil arabasında olan 13 yaşlı qardaşı qızı Zəkiyyə Kazımzadəni vurub.
Qəza nəticəsində ciddi xəsarət alan Z.Kazımzadə təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Mərhumun cənazəsi ekspertiza məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə göndərilib.
Hadisəni törətməkdə şübhəli bilinən V.Kazımov polisə təslim olub.
Faktla bağlı Astara Rayon Prokurorluğu tərəfindən araşdırma başladılıb.