\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Maştağada kütləvi dava - Bıçaqlanan var

Maştağada kütləvi dava - Bıçaqlanan var
1003baxış

DİN-in Mətbuat xidmətindən Mediapress.az-a bildirilib ki, iyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində kütləvi dava olub. Qəsəbə sakini Hacıağa Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Məlumatla əlaqədar 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini Mircəlal Süleymanov saxlanılıb. Faktla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.