Keçmiş mühafizəçi bağın sahibəsini öldürdü, ərini isə yaraladı! - ŞÜVƏLANDA
1103
Şüvəlan qəsəbəsi, 525 saylı bağ evində əvvəllər mühafizəçi işləyən, 1968-ci il təvəllüdlü İlqar Akif oğlu Xancanov bağ evinin sahibi Arzu Şuşalını və onun həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. D. Əhmədova aldığı xəsarətdən hadisə yerindəcə ölüb. A. şuşalı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.