\
24 Noyabr 2024 - Bazar günü

Gəlinini xəyanətə görə öldürən qayınataya 18 il həbs!

Gəlinini xəyanətə görə öldürən qayınataya 18 il həbs!
1749baxış

Gəlinini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

İttihamda qeyd edilir ki, Seyidmalik Məmmədov gəlinini öldürməzdən əvvəl ondan özünü öldürməsini tələb edib. Belə ki, gəlininə evdə olan elektrik cərəyanını göstərib və əlini oradan tutmasını istəyib. Lakin gəlini S.Məmmədova yalvararaq ölmək istəmədiyini deyib. Lakin S.Məmmədov gəlinin başına iki dəfə silahla atəş açaraq qətlə yetirib.

Prokuror çıxışında S.Məmmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, dəhşətli qətl hadisəsi ilə ötən il baş verib. Seyidmalik Məmmədov gəlinini qətlə yetirib.

1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə özü təslim olub.

İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində öldürüb.

Məlumata görə, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub.

S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.

Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.

Mediapress.az