Rəşad Əliyevi bıçaqla öldürən şəxs axtarılır
1766
İyulun 20-dən 21-nə keçən gecə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində, 1990-cı il təvəllüdlü Rəşad Əliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ancaq xəsarəti ağır olduğundan, həkimlər ürək nahiyəsindən bıçaqlanan R.Əliyevi xilas edə bilməyib.
Hadisənin təfərrüatlarını Nəsimi rayon Prokurorluğu araşdırır. Faktla əlaqədar Nəsimi polisi də əməliyyat-axtarış tədbirlərinə başlayıb.