Fərid Qurbanovu öldürən 5 nəfər həbs olunub
1835
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, iyulun 19-da saat 1 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.