\
24 Noyabr 2024 - Bazar günü

21 yaşlı fəhləni iş yoldaşı qətlə yetirdi - Bakıda

21 yaşlı fəhləni iş yoldaşı qətlə yetirdi - Bakıda
1654baxış

Bərdədən paytaxta işləməyə gələn gənc qətlə yetirilib. Mediapress.az  APA-nın məlumatına əsasən xəbər verir ki, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon qəsəbəsində baş verib. 

1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu işlədiyi əlvan metal qəbulu məntəqəsində iş yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində adı hələlik məlum olmayan həmin şəxs Q.Hüseynova küt alətlə zərbə endirib və o, dünyasını dəyişib. 

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.