\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Dünən gün ərzində 126 cinayət faktı qeydə alındı - Rəsmi məlumat

Dünən gün ərzində 126 cinayət faktı qeydə alındı - Rəsmi məlumat
1693baxış

Azərbaycanda baş vermiş cinayət hadisələrinin statistikası bəlli olub. Meiapress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 23 iyulda gün ərzində 126 cinayət faktı qeydə alınıb. Onların da 25-i “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.