\
24 Noyabr 2024 - Bazar günü

Ağacları zəhərləyənlərə cinayət işi açıldı - Bakıda

Ağacları zəhərləyənlərə cinayət işi açıldı - Bakıda
1700baxış

Dünən sosial şəbəkələrdə sürətlə yayılan bir video qanun keşikçilərini hərəkətə gətirin. Videoda kimlərinsə kustar üsulla ağacların dibinə quraşdırdığı qurğularla zəhərli kimyəvi maddələrin torpağa axıdılmasını, nəticədə ağacların qurumasını təmin edən problem əks olunub. Mediapress.az-a Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə,  

bu gün faktla bağlı cinayət işi başlanıb.

Belə ki,  rayonun Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 23 ədəd müxtəlif növ çoxillik ağaclardan 10 ədəd şam ağacının dibinə naməlum şəxslər tərəfindən zərərli maddə tökülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb. 

Başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.