\
24 Noyabr 2024 - Bazar günü

İranlı Bakıda qaldığı oteldə özünü doğramaq istədi

İranlı Bakıda qaldığı oteldə özünü doğramaq istədi
2095baxış

Qaradağ rayonunda əcnəbi vətəndaş özünü doğrayıb.

Hadisə Sədərək Ticarət Mərkəzində yerləşən oteldə baş verib.

1974-cü il təvəllüdlü Kərimzadə Bayram qonaq olduğu oteldə hər iki qolunu iti alətlə kəsib. O çoxlu qan itirib.

Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi və Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (report)

Mediapress.az