\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

39 yaşlı kişi özünü asaraq intihar etdi - Biləsuvarda

39 yaşlı kişi özünü asaraq intihar etdi - Biləsuvarda
1858baxış

Biləsuvar rayon sakini intihar edib. Mediapress.az "Report"un Muğan bürosunun məlumatına əsasən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Musa Mətləb oğlu Mirzəyev özünü asaraq intihar edib. 

İntiharın baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.