\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Evdə ac və susuz qalmış 11 uşaq xilas edildi - ABŞ-da

Evdə ac və susuz qalmış 11 uşaq xilas edildi - ABŞ-da
1879baxış

ABŞ-ın Nyu-Meksiko ştatında çölün ortasında bir evdə çox pis şəraitdə saxlanılan 11 uşaq xilas edilib. 

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə polis rəsmisi Ceri Hogrefe məlumat verib.

O, Nyu-Meksiko ştatının Amalia zonasından aldıqları bir mesajdan sonra əməliyyat keçirdiklərini bildirib.

Hogrefe, bir evdə yaşları 1-15 arası dəyişən 11 uşağı ac, susuz və qorxmuş halda tapdıqlarını söyləyib.

Uşaqların ayaqqabılarının və üzərlərində geyim olmadığı qeyd edilib.

Hadisə ilə bağlı 2 silahlı şəxs saxlanılıb.

Mediapress.az