\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

71 yaşlı qoca özünü 4-cü mərtəbədən ataraq intihar etdi - Sumqayıtda

71 yaşlı qoca özünü 4-cü mərtəbədən ataraq intihar etdi - Sumqayıtda
1192baxış

Sumqayıt şəhərində 71 yaşlı kişi intihara cəhd edib. Mediapress.az "Report"un yerli bürosunun məlumatına əsasən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Şəhər sakini, 1947-ci il təvəllüdlü Xamoğlan Hümbət oğlu Cəfərov özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihara cəhd edib. Ağır bədən xəsarətləri alan X.Cəfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin bir neçə saatdan sonra oradaca ölüb. 

Hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır.