\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bakıda atışma - Ölən və yaralanan var

Bakıda atışma - Ölən və yaralanan var
1033baxış

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Mediapress.az "Report”-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.
 
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.
 
Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.