\
24 Noyabr 2024 - Bazar günü

Rufa hələ azadlıqdadır

Rufa hələ azadlıqdadır
1914baxış

Mediapress.az xəbər verir ki, Gömrükçü hospitalın həkimi Həmid Cahani saxta botox satışı və istifadəsi səbəbi ilə həbs olunub. Respublika Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, Cahani Hiveh Chi Hamidin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatı, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün istifadə edilən yapışqan etiketlər və digər dərman preparatları aşkarlanaraq götürülüb. 
İstintaq-əməliyyat tədbirləri ilə müəyyən olunub ki, Həmid Cahani həmin dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətizdirib və bu işdə ona qayınları kömək ediblər. Bundan başqa, Cahani Hiveh Chi Hamid kuryer xidmətlərindən istifadə etdiyi qayını - Bakı şəhər sakini Qədirov İlqar Variş oğlunun 99 KP 072 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinə baxış keçirilərkən “Canotix 50 units” sözləri yazılmış 8 ədəd və “Canotix 100 units” sözləri yazılmış 7 ədəd dərman preparatları aşkarlanaraq götürülüb.
Bütün bunlar cinayətin mətbuata sızan tərfidir. Əslində isə həmin saxta dərmanları ölkədə fəaliyyət göstrən həkimlərə və kosmetoloqlara satan, bir sözlə insanları kütləvi zəhərləyən bir şəxs də var – Rufa! Bəs kimdir bu Rufa? 
İddialara görə, Rufa kod adlı bu şəxs Həmid Cahaninin qeyri rəsmi arvadı Qədirova Esmiralda Varış qızıdır. Hansı ki, bu şəxs öz qardaşı İlqarla birlikdə, qanundan kənar geniş biznes şəbəkəsi quraraq hələ də insanları zəhərləməklə məşğuldurlar. Rufa kod adı ilə sərbəst fəaliyyətini qurmuş bu qadın, əri kimi qələmə verdiyi Həmid Cahanini əslində öz qurbanına çevirməyi bacarıb.  Plana uyğun olaraq İrandan saxta dərmanları gətizdirir, satır və şübhəli məqamlarda Həmid Cahanini ortaya ataraq özü geri çəkilir. Nəticədə isə, gözəllik həvəskarı olan yüzlərlə qadın zəhərli maddənin qurbanına çevrilir. Maraqlarına uyğun olmayan adamları isə şərləyərək və ya hədə-qorxu üsulu ilə yolundan kənarlaşdıran bu qadın Həmid Cahanini azadlığa buraxdırmaq üçün hakimlərə külli miqdarda rüşvətdə təklif edib. Lakin məqsədinə nail ola bilməyib. Bundan qəzəblənən Rufa yaxın çevrəsinə bildirib ki, lazım gələrsə İrandakı dayaqlarından dəstək alaraq hakimləri şərlətdirəcək və bu məsələdə İran səfirliyinin də köməyindən istifadə edəcək.

Apardığımız araşdırma zamanı məlum olub ki, yaxın vaxtlarda Həmid Cahaninin işinə Bakı Apelliyasiya məhkəməsində baxılacaq.  Əsas məsələlər  də  burada baş verəcək. İşə baxacaq hakimlərin indidən diqqətli olması çox vacib məsələdir. Yəqin ki, heç bir hakim adının ləkələnməsini istəməz. İddialara görə, Rufa öz yaxın çevrəsinə bildirib ki, bu məsələ barədə hər gün Kürdəxanıdakı istintaq təcridxanasında  saxlanılan Həmid Cahani ilə danışır. Hətta  heç kimin başa düşməməsi üçün Həmid Cahani ilə fars dilində danışırlar.  Rufa bildirib ki, izi itirmək üçün lazım gələrsə içəridə Həmidi susdurmaq onun üçün problem deyil. Onun üçün yalnız bir əsas məsələ var - pul qazansın və Rufa yenidən "efirdə" olsun!

Əslində bu məsələyə sıradan bir hal kimi yanaşmaq olardı. Amma bu qadının gördüyü işləri və işin sonunda sudan quru çıxdığını görəndə, nə qədər ciddi hadisələrin baş verildiyini anlamamaq mümkün deyil. Qanunla məhkum olunmuş  şəxs yaxınları ilə hər gün danışa bilməz. Əgər bu qadın qapalı yerdə məhkumu istəklərinə uyğun danışdıra bilirsə, deməli, açıq yerdə istədiyi hər şeyə nail ola bilər. Əslində bu məlumatlardan sonra Bakı Apellyasiya Məhkəməsi işi yenidən istintaqa qaytarmalı və Rufa məsələsini ciddi aydınlaşdırması üçün istintaq orqanı qarşısında suallar qoymalıdır. Ola bilər, istintaq zamanı əməliyyatçıların gözündən yayınmağı bacaran Rufanın başqa cinayətləri də ortaya çıxsın. Bunu təkcə Bakı Apellyasiya Məhkəməsi deyil, Respublika Baş Prokurorluğu da etməlidir. Əgər bu gün Rufa və dəstəsi  özünü belə sərbəst aparırlarsa, deməli işi həll etmiş sayılırlar.  Biz inanmırq ki, belə vəziyyətə göz yumula. Yüzlərlə satış şəbəkəsi olan Rufanın elə yüzlərlə də qurbanının olması qaçılmazdır. 

Qarşı tərəfin fikrini öyrənməyə hazırıq.

Mediapress.az