\
24 Noyabr 2024 - Bazar günü

Kişi tanışını öldürdü

Kişi tanışını öldürdü
1717baxış
Şabran rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
 
Mediapress.az "yenicag.az”a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.
 
Belə ki, R.Hacıyev evinə gələn zaman V.Hacıyevi həyətində görüb. Bu zaman V.Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib. R.Hacıyev hadisə yerindəcə ölüb. V.Hacıyev polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.