\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

9 nəfərin velosipedini oğurlamış şəxs tutuldu. - Sumqayıtda

9 nəfərin velosipedini oğurlamış şəxs tutuldu. - Sumqayıtda
1993baxış

Sumqayıtda 9 nəfərin velosipedini oğurlamış şəxs tutulub. Mediapress.az Sumqayıt ŞPİ-nə istinadən xəbər verir ki, 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-dən avqustun 12-dək olan müddətdə şəhər sakinləri olan 9 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Fərəcov saxlanılıb. Əvvəllər məhkum olunmuş daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib. İkincinin axtarışları davam etdirilir.