\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Uşaqların davası ataların bıçaqlaşmasına səbəb oldu - Hacıqabulda

Uşaqların davası ataların bıçaqlaşmasına səbəb oldu - Hacıqabulda
1796baxış

Hacıqabul rayonunda uşaqlar arasında yaranan mübahisə valideynlərin davasına səbəb olub. Mediapress.az "Report"a  istinadən xəbər verir ki, hadisə Atbulaq qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü İsrafilov Azad Bəybala oğlu həyətdə oynayan oğlununun qonşuluqda yaşayan uşaq tərəfindən döyüldüyünü görüb. O, həmin uşağı tənbeh edib. Bu zaman dava edən uşağın atası A.İsrafilova iradını bildirib. O, bundan sonra A.İsrafilovun ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.