\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Maşın piyada qadını vurdu - Lökbatanda

Maşın piyada qadını vurdu - Lökbatanda
1804baxış

Bakıda magistral yolda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Mediapress.az "Report"a istinadən xəbər  verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Bakı-Qazax yolunun Lökbatan qəsəbəsindən keçən hissəsində yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Əzimova Pərvanə Sabir qızını minik avtomobili vurub. Yaralı ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.