48 yaşlı kişi marketin qarşısında bıçaqlandı - Bayılda
1674
Bakıda 48 yaşlı kişi ərzaq mağazasının qarşısında naməlum şəraitdə bıçaqlanıb. Mediapress.az Səbail Rayon Polis İdarəsinin məlumatına əsasən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Bayıl qəsəbəsində 1970-ci il təvəllüdlü Həsənli Sakit Maarif oğlu "Davud" marketin qarşısında bıçaqlanmış vəziyyətdə huşunu itirərək yerə yıxılıb. O, yaxından keçən şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.