\
24 Noyabr 2024 - Bazar günü

Qəzəbli ata ailəsini güllələyib intihar etdi

Qəzəbli ata ailəsini güllələyib intihar etdi
1662baxış

Türkiyədə - Mersinin Akdeniz rayonunda bir evdə üçü uşaq olmaqla, beş nəfərin cəsədi tapılıb.

Oxu.Az “Milliyət”ə istinadən xəbər verir ki, rayonun Gündoğdu məhəlləsində cinayətlə bağlı polisə məlumat daxil olub.

Bundan sonra polis hadisə yerinə gələrək, axtarış aparıb. Axtarışlardan sonra iki mərtəbəli evin damında beş cəsəd aşkarlanıb. Məlum olub ki, bunlar ata Məhmət (42), ana Zəhra (35), uşaqları Onur (17), Rabia (12) və Əsmanur (5) Kayadır.

Araşdırmalarla müəyyənləşdirilib ki, əsəbi ata yatılı olan arvadını və uşaqlarını güllələyib. Bundan sonra eyni silahla intihar edib. Cinayət silahı atanın yanında aşkarlanıb.

Ailənin yaxınları bildirib ki, Məhmət Kaya işsiz olduğu üçün psixoloji problemlər yaşayırmış.

Hadisə qonşuların şübhələrindən sonra ortaya çıxıb.

Faktla bağlı araşdırmalar davam edir.

Mediapress.az