Müğənnilərdən pul yığan "lotu"ların məhkəməsi bitdi - Hər birinə...
Cinayət məcəlləsinin 182.3.2-ci maddəsi ilə məhkum olunan şəxslərin məhkəmə prosesi oktyabrın 30-da hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bağırov, A.Məmmədov, V.Bağırovun hər biri 10 il, G.Xəlilov 12 il, İ.Həsənov isə 12 il müddətində azadlıqdan məhrum ediliblər.
Onlar 2016-cı ilin noyabr ayının 30-da R. Qasımovdan 4 min dollar alıblar. Ötən ilin yanvar ayının 6-da isə R. Qasımovdan qalan 12 min manatı istəyərkən tutulublar. Həmin şəxslərə Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə. Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. (Ölkə.Az)