Məşhur erməni iş adamı həbs edildi - Türkiyəyə qaçarkən
ABŞ-dakı erməni diasporunun nüfuzlu şəxslərindən olan Levon Termencyan Federal Təhqiqatlar Bürosu tərəfindən həbs edilib.
Termencyan Los-Anceles hava limanında öz şəxsi təyyarəsi ilə İstanbula qaçmaq istərkən yaxalanıb.
Termencyan 17 sentyabrda məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, Termencyan Yuta ştatının prokurorluğu tərəfindən 3 milyard dollarlıq çirkli pulu yumaqda ittiham edilib. O, Kinqston qardaşları ilə birgə həbs edilsə də sonradan girov qarşılığında azadlığa çıxa bilib. Ştat prokurorluğu yenidən məhkəməyə müraciət edərək onun Türkiyəyə qaçacağını iddia edib və həbs qərarının verilməsinə nail ola bilib.
Termencyan bundan öncə Türkiyə vətəndaşlığını almaq üçün sənəd verib. O, sonradan adını dəyişdirərək Lev Aslan Dermen edib. (axar)