Taksi sürücüsü olan qohumunun əllərini kəsərək qətlə yetirən şəxsin məhkəməsi başlayıb
1590
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesin baxış iclası yanvarın 24-nə təyin edilib.
Qeyd edək ki, L. Alıyev münaqişə zəminində Elçin Tapdıqov adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib.
Araşdırmalar zamanı onların qohum olduğu, E. Tapdıqovun taksi sürücüsü işlədiyi məlum olub. L. Alıyev onu bıçaqlayaraq əllərini kəsib.