\
24 Noyabr 2024 - Bazar günü

İlyas İsmayılovun oğlu qətlə yetirilib! - TÜRKİYƏDƏ

İlyas İsmayılovun oğlu qətlə yetirilib! - TÜRKİYƏDƏ
1591baxış

Mediapress.az xəbər verir ki, azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, keçinib. Silahlı hücumu Gözəl Dəmirov adlı şəxsin həyata keçirdiyi bildirilir. Hazırda onun axtarışları aparılır.

Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. 2011-ci ildə S. Nuriyeva ilə ailə qurub, İlyas adlı 4 yaşlı oğulları var.