\
24 Noyabr 2024 - Bazar günü

Sevil Nuriyeva: "Durumum geniş açıqlamaya imkan vermir"

Sevil Nuriyeva: "Durumum geniş açıqlamaya imkan vermir"
1054baxış

İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətl hadisəsi ilə bağlı həyat yoldaşı, tanınmış telejurnalist Sevil Nuriyeva danışıb.

Mediapress.az xəbər verir ki, Teleqraf.com-a açıqlamasında Sevil Nuriyeva göz yaşları içində həyat yoldaşının qətlə yetirildiyini təsdiqləyib. O bildirib ki, hazırda durumu geniş açıqlamaya imkan vermir.

Qeyd edək ki, bu gecə İstanbulda, Floryada yerləşən şəxsi ofisində Etimad İsmayılov başından iki, ürəyindən bir güllə ilə qətlə yetirilib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən azərbaycanlı, keçmiş polis polkovniki Gözəl Dəmirov artıq saxlanılıb.