Rövşən Lənkəranskinin adamı atışma zamanı öldürüldü
1777
Mediapress.az Criminal.az-a istinadən xəbər verir ki, Azərbaycanlı kriminal avtoritet Köçəri Sumqayıt qətlə yetirildi. Bu barədə Criminal.Az saytına mərhumun "bratva""sı Elnur Sumqayıtlı məlumat verib. O bildirdi ki, Köçəri ötən gün Ukraynanın paytaxtı Kiyev şəhərində atışma zamanı öldürülüb.
Köçəri dəfn olunması üçün doğuldu Bərdə rayonuna aparılıb.
K.Sumqayıt mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin klanının üzvü olub. "Qanuni oğru" Dato Ağcabədinski, Dadaş və Ruslan qardaşları ilə yaxın münasibəti olub. K.Sumqayıt Azərbaycanda məhkumluq həyatı yaşayıb. Həbsxanada vəziyyət yaradıb.
Atışmanın hansı qruplaşmalar arasında baş verməsi hələlik məlum deyil. Əlavə məlumat veriləcək.