\
14 Oktyabr 2024 - Bazar ertəsi

Türkiyədə 5 azərbaycanlı qadın həbs edildi

Türkiyədə 5 azərbaycanlı qadın həbs edildi
1744baxış
Türkiyənin Niyde ərazisində polis 7 xarici ölkə vətəndaşı qadını saxlayıb.
 
Mediapress.az xəbər verir ki, Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Bor rayonunda keçirilən əməliyyat zamanı əyləncə məkanlarında çalışan 5 Azərbaycan, 1 Özbəkistan, 1 Qırğızıstan, 2 Türkiyə vətəndaşı saxlanılıb. Qadınlar icazəsiz əmək fəaliyyəti ilə məşğul olmaqda ittiham edilir. Məkandan həmçinin odlu silahlar da tapılıb.
 
Qeyd edək ki, həbs olunanlar deportasiya ediləcək.