Gənc ana və nənə yeni doğulmuş körpəni öldürüb basdırdılar - Sumqayıtda
1755
Sumqayıtda gənc qadın anası ilə əlbir olaraq körpəsini öldürüb. ediapress.az “Report”a istinadən xəbər verir ki, şəhərin H.Z.Tağıyev qəsəbəsində 22 yaşlı Səbinə İsmayılova yeni dünyaya gətirdiyi oğlan uşağını anası 56 yaşlı Nigar Salmanova ilə birlikdə öldürərək həmin qəsəbədə yerləşən qəbiristanlıqda basdırıb.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır. Körpənin meyiti təhlil olunması üçün basdırıldığı yerdən çıxarılıb.