\
14 Oktyabr 2024 - Bazar ertəsi

Azərbaycanda gün ərzində 89 cinayət faktı qeydə alındı - Rəsmi xronika

Azərbaycanda gün ərzində 89 cinayət faktı qeydə alındı - Rəsmi xronika
1659baxış

28 oktyabr gününə Azərbaycanda rəsmi kriminal xronika bəlli olub. Mediapress.az Daxili İşlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, dünən gün ərzində 89 cinayət faktı qeydə alınıb. Onlardan 10-u “isti izlər”lə açılıb. Məlumatda bildirilir ki, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.   

Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. 

Cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılmışdır.