\
14 Oktyabr 2024 - Bazar ertəsi

Dünən Azərbaycanda gün ərzində 113 cinayət faktı qeydə alındı - Rəsmi xronika

Dünən Azərbaycanda gün ərzində 113 cinayət faktı qeydə alındı - Rəsmi xronika
1729baxış

Azərbaycanda 30 oktyabrın rəsmi kriminal xronikası tərtib olunub. Mediapress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 113 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 9 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılmışdır.