\
14 Oktyabr 2024 - Bazar ertəsi

Gəncədə 18 yaşlı qız ikinci dəfə itkin düşdü

Gəncədə 18 yaşlı qız ikinci dəfə itkin düşdü
1689baxış

Mediapress.az-ın“Trend”ə istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Həmin prospektdə ev 57, mənzil 2-də yaşayan Tekin İlahə Ağa qızı polisə müraciət edərək bildirib ki, onunla birgə yaşayan qızı, 2000-ci il təvəllüdlü Sevinc Qarayeva noyabrın 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qadın bildirib ki, S.Qarayeva əvvəllər də itkin düşüb və polis tərəfindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.